XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 17:48

Rusiyada alkoqollu içkilərin və dərmanların onlayn satışıleqallaşdırıla bilər

Rusiyanın Federasiya Şurasında internet üzərindən ticarətin inkişaf etdirilməsi üzrə “yol xəritəsi” layihəsinə baxılıb.

“Vergiler.az” saytına istinadla bildirir ki, layihəyə əsasən, 2018-ci ilədək Rusiyadakı onlayn mağazaların nisbətini 71 faizdən 80 faizədək artırılması planlaşdırılır. Belə təxmin edilir ki, bununla büdcəyə transsərhəd ticarətdən gələn daxilolmaların məbləği 80 milyon rubldan 60 milyard rubla çata bilər. Bundan əlavə, internet üzərindən satılan saxta malların həcmini də 30 faizdən 10 faizədək endirmək planlaşdırılır.

Bu vəzifələrin həyata keçirilməsi üçün Rusiya və xarici internet ticarətçilərinin fəaliyyət imkanlarının bərabərləşdirilməsi nəzərdə tutulur. Bu məqsədlə xarici ticarətçilər Rusiyada vergi uçotuna alınacaq və beləliklə, onların üzərinə ƏDV ödəmək öhdəliyi qoyulacaq. Federal Vergi Xidməti bu ilin noyabr ayına qədər müvafiq təkliflərini irəli sürməlidir. Həmin vaxta qədər isə vergi ödəyicisinin internetdə şəxsi kabineti hazırlanmalıdır.

Bunlardan əlavə, Rusiyada alkoqollu içkilərin və dərmanların onlayn ticarətinin leqallaşdırılması da gündəlikdə duran məsələlərdəndir.

Hazırda bu kateqoriyalara aid malların internet üzərindən satılmasını ölkənin mövcud qanunvericiliyi qadağan edir. Əgər dərmanların internet üzərindən satışı üzərindən qadağa qaldırılsa, ekspertlərin hesablamalarına görə, internet vasitəsilə dərman satışı bazarın 8 faizini əhatə edə bilər. Alkoqollu içkilər üçün isə bu rəqəmin daha yüksək olacağı – il üzrə bütün satılan malların 29 faizini təşkil edəcəyi gözlənilir.