XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

16 Mart 2015 - 21:26

Nemtsovun ölümü ilə bağlı 2 nəfər də tutuldu

Rusiyanın müxalifət lideri Boris Nemtsovun qətlində şübhəli bilinən daha 2 nəfərə qarşı ittiham irəli sürülüb.

Tamerlan Eskerhanov və Hamzat Bakaev qanunsuz silah saxlamaq, qətl də iştirakda ittiham olunurlar. Bundan əvvəl yalnız keçmiş çeçen polisi Zaur Dadaev və Anzor Gubaşevə qarşı rəsmi ittiham irəli sürülmüşdü.

İndiyədək Nemtsovun qətli ilə bağlı 5 nəfər həbs olunub.

Martın 16-da daha 1 nəfərə, Şadid Qubaşevə qarşı da ittiham irəli sürüləcəyi gözlənilir. Zaur Dadaev ilkin ifadəsində qətldə əli olduğunu boynuna alsa da sonradan bu ifadədən imtina elədi və onu təzyiq altında verdiyini deyib. O ötən həftə hüquq müdafiəçiləri ilə görüşdə ona işgəncə verildiyini bildirib.

Qeyd edək ki, Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində öldürülüb (ANS PRESS).