XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 19:57

OPEC-in gündəlik neft hasilatı23 min barrel azalıb

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik neft istehsalı avqustda iyul ayına nisbətən 23 min barrel azalaraq 33 milyon 24 min barrelə düşüb. Buna baxmayaraq OPEC-in qlobal neft hasilatındakı payı 34,7 faizdə qalıb.

Azərtac xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, avqustda qlobal neft təklifi əvvəlki aya görə gündəlik 140 min azalaraq 95 milyon 650 min barrelə geriləyib. Qeyri-OPEC ölkələrinin neft təklifi isə avqustda iyul ayı ilə müqayisədə gündəlik təxminən 110 min barrel azalıb.

Avqustda OPEC üzrə xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanı və İranda artıb, ən böyük azalma isə Liviya və Nigeriyada reallaşıb.

Bu il OPEC-in xam neft tələbi keçən illə müqayisədə gündəlik 1 milyon 700 min barrel artaraq 31 milyon 700 min, 2017-ci ildə isə cari ilə nisbətdə 800 min barrel artaraq 32 milyon 500 min barrelə çatacaq. Bu il qlobal neft tələbi isə keçən ilə görə 1 milyon 230 min barrel artımla gündəlik 94 milyon 270 min barrel, 2017-ci ildə 95 milyon 420 min barrel olacaq.