XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 21:14

Ermənistanın yeni baş naziri ölkədəki iqtisadi durumuhəddən artıq çətin adlandırıb

Ermənistanın yeni baş naziri Karen Karapetyan ölkə iqtisadiyyatında sürətli dəyişikliyi gözləməməyə çağırıb.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, K.Karapetyan bu barədə parlamentdə çıxış edib: "Açıq və birbaşa deyirəm ki, iqtisadiyyatımızın vəziyyəti həddən artıq çətindir. Sürətli dəyişiklik gözləmək lazım deyil. Amma biz iqtisadiyyatın inkişaf istiqamətlərini tapacağıq".

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan sentyabrın 13-də K.Karapetyanı istefaya getmiş baş nazir Ovik Abramyanın postuna təyin edib.