XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

14 Sentyabr 2016 - 22:23

“Microsoft”dan xəbərdarlıq:"Belarus biznesi üçün kibertəhlükələr var"

“Microsoft” şirkətinin mütəxəssisləri bildirirlər ki, kibercinayətlərin artması qeyri-leqal proqram təminatından istifadə olunması ilə bağlıdır.

Azərtac BELTA-ya istinadla xəbər verir ki, Belarusda yeni biznes mövsümünün başlanması ilə əlaqədar olaraq korporativ kompyuterlərə və veb-saytlara kiberhücumların sürətli artımı müşahidə edilir.

BSA Assosiasiyasının apardığı araşdırma nəticəsində məlum olub ki, respublikada proqram təminatının 85 faizi qeyri-leqaldır. Bu isə kiçik və orta biznes, habelə Belarusun maliyyə sektoru üçün kiberhücumlar ehtimalını artırır. Bundan başqa, “Kasperski laboratoriyası”nın sifarişi ilə “B2B International” şirkətinin apardığı təhlil göstərir ki, 2016-cı ilin birinci yarısında Belarusda hər korporativ kompyuter təxminən beş dəfə zərərli proqramların hücumuna məruz qalıb.