XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 September 2016 - 23:57

ABŞ və İsrail arasında yeni hərbi əməkdaşlıq sazişi imzalanıb

 

usa

Bu gün ABŞ və İsrail rəsmiləri təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandum imzalayıblar.

İmzalanma mərasimi ABŞ Dövlət Departamentinin binasında keçirilib.

Sənədə əsasən, 2018-ci ilin sonundan 2028-ci ilədək Amerika Birləşmiş Ştatların yəhudi dövlətinə ayırdığı yardımın ümumi məbləği $ 38 milyard dollar təşkil edəcək. Beləliklə, hər il İsrail ABŞ-dan 3,3 milyard həcmində maliyyə yardımı alacaq, əlavə 500 milyon dollar isə raket əleyhinə müdafiənin təminatına yönələcək.  (APA)