XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2016 - 07:04

Çinin Dövlət Şurasının üzvü:"BRİKS liderləri sıx əməkdaşlıq qərarına gəliblər"

g20

Çin Xalq Respublikası Dövlət Şurasının üzvü Yan Tzeçi Xançjouda keçirilən G20 sammiti çərçivəsində BRİKS liderlərinin qeyri-rəsmi görüşünün yekunlarını şərh edib.

G20 sammitinin nəticələrinə həsr edilən mətbuat konfransında Yan Tzeçi BRİKS ölkələri başçılarının qeyri-rəsmi görüşünün çox uğurlu keçdiyini bildirib. O qeyd edib ki, görüşdə tərəflər dərin fikir mübadiləsi aparıb, bir sıra məsələlərə, o cümlədən beynəlxalq siyasi-iqtisadi vəziyyət, G20 sammitinin mühüm mövzuları və BRİKS əməkdaşlığına dair mühüm razılaşmalar əldə ediblər.

Dövlət Şurasının üzvü Yan Tzeçi bildirib ki, BRİKS ölkələrinin başçıları G20 sammitinin sədri kimi Çinin icra etdiyi işləri yüksək qiymətləndiriblər. YanTzeçi deyib: “Liderlər, həmçinin sammitdə əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün birgə səylərə dair vəd verib və BRİKS çərçivəsində daha sıx əməkdaşlığa nail olmaq qərarına gəliblər”. (Azərtac)