ABŞ və İsrail 10 il müddətinə ümumilikdə 38 milyard dollarlıq hərbi yardım barədə saziş imzalayıb.
Euronews telekanalı xəbər verir ki, uzun sürən və çətin keçən danışıqlar Barak Obama ilə Binyamin Netanyahu arasında münasibətlərin soyumasına səbəb olub.
İki ölkə arasında hazırda davam edən on illik saziş 30 milyard dollar həcmindədir. İsrailin Baş naziri danışıqlar prosesində Vaşinqtonun bu məbləği 41 milyard dollara qədər artırmasına nail olmağa çalışıb. Netanyahu bununla İranın beynəlxalq sanksiyaların aradan qaldırılması nəticəsində artan gücünü neytrallaşdırmaq istəyir.
Bunun əvəzində İsrail Vaşinqtondan sənəddə nəzərdə tutulandan artıq əlavə yardım istəmək hüququndan məhrum olub və silahı yalnız amerikalı istehsalçılardan alacağına söz verib.