Bidzina İvanişvili: “Son 22 ildə özgəsinin səhvindən dərs almağı öyrənməmişik”
Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili oğluna məxsis GDS əyləncə telekanalında aparıcılığa başlayıb.
Strateq. az Gürcüstan KİV-ə əsasən bildirir ki, o bu günlərdə yeni “20/30” analitik proqramı təqdim edib. Onun fikrincə, siyasi hadisələrin obyektiv təhlili vacibdir, çünki Gürcüstanın media məkanında informasiya balansı pozulub.
İvanişvili deyib: “Əhali dövlətin imkanlarını düzgün qiymətləndirməsə və ondan daha çox tələb etməsə, biz digər ifratçılıqla üzləşə bilərik. Onu nəzərdə tuturam ki, son 22 ildə özgəsinin səhvindən dərs almağı öyrənməmişik, hər şeyi – vətəndaş müharibəsi, dağılmış ölkə və korrupsiyanı özümüz sınaqdan keçirmişik”.
İvanişvili efirdə etiraf edib ki, Gürüsctan iqtisadiyyatı zəifləyib və Ukrayna böhranı ona təsir edir”.