XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

15 Sentyabr 2016 - 17:20

Qırğızıstanın sabiq prezidenti:“ABŞ bizə verdiyi sözü tutmadı”

%c9%99sg%c9%99r

ABŞ Qırğızıstandan “Manas” bazasını yalnız bir illiyinə istəmişdi.

 Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Qırğızıstanın eks-prezidenti Əsgər Akayev söyləyib. Onun sözlərinə görə, Vaşinqton bu məsələdə verdiyi sözün üzərində durmayıb: “Amerikalılar əvvəlcə söz verdilər ki, onlar beynəlxalq terrorizmlə bir il ərzində baş edib, aeroportdan çıxacaqlar. Sonradan gördük ki, bura uzun müddətli gəliblər. Onların məqsədi Əfqanıstan yox, Mərkəzi Asiya idi. Məhz bunun üçün onlar uzun müddət terrorçuların lideri olan Üsamə Bin Ladeni axtardılar. Bu, təxminən on il çəkdi”.

Qeyd edək ki, ABŞ 2001-ci ildə Qırğızıstanda özünə “Manas” aviabazasını açıb. Razılaşmaya əsasən, ABŞ bu bazadan ancaq Əfqanıstana hərbi yüklər və canlı qüvvənin daşınması üçün istifadə edə bilərdi. Baza 2012-ci ildə bağlanıb.

Əsgər Akayev 1990-2005-ci illərdə Qırğızıstanın prezidenti olub. O, 2005-ci ildə baş tutan “Lalə inqilabı”ndan sonra devrilib və Moskvaya qaçıb. (Axar.az)