XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 September 2016 - 06:53

Şimali Koreyada ballistik raket təlimləri –Hədəflər yüksək dəqiqliklə məhv edilib

koreya

 Şimali Koreya 1,3 min kilometrədək məsafəyə uçan ballistik raketlərində yüksək hədəfi vurma dəqiqliyinə nail olub.

Bu barədə “Renhap” agentliyinə məlumatlı hərbi mənbə bildirib.

Məlumata görə, KXDR-in sentyabrın 5-də buraxdığı üç raketin hamısı min kilometrdən çox məsafəni qət edib və Yaponiyanın havadan müdafiə zonasına çataraq, 1 km radiusunda dənizə düşüb.  

“Bu cür raketlər nüvə, yaxud biokimyəvi başlıqlarla təchiz olunarsa, bunun hansı fəsadlarla nəticələnəcəyini təsəvvür etmək çətindir”, – deyə mənbə bildirib.  (APA)