Sentyabrın 20-dən 26-dək BMT-nin Nyu-York şəhərində yerləşən mənzil qərargahında baş tutacaq Baş assambleyanın ümumi-siyasi müzakirələrini və digər tədbirləri işıqlandırmaq üçün dünyanın onlarla ölkəsindən təxminən 3 minə yaxın jurnalist akkreditasiyadan keçib.
Bu barədə beynəlxalq təşkilatın akkreditasiya və KİV-lərlə iş şöbəsindən bildiriblər.
“Yüksək səviyyəli həftə” ərzində BMT-nin mənzil-qərargahı və ona bitişik küçələr güclü mühafizə olunacaq. Orada yaşayan əhali isə yalnız şəxsiyyət vəsiqəsi və yaşayış yerini təsdiqləyən müvafiq sənədləri təqdim etməklə əraziyə daxil ola biləcək. (Azərtac)