İtaliyanın sabiq prezidenti, ömürlük senator Karlo Adzelio Çampi Romada 96 yaşında vəfat edib.
Bu barədə RaiNews 24 telekanalı məlumat yayıb.
Çampi 1920-ci il dekabrın 9-da Livorno şəhərində doğulub. O, 1999-2006-cı illərdə İtaliya prezidenti postunu tutub.
Karlo Adzelio Çampi müalicə olunduğu Rio XI xəstəxanasında dünyasını dəyişib. Sabiq prezidentin və ailəsinin arzusuna əsasən, mərhumla vidalaşma şəxsi mərasim şəklində keçiriləcək.
Onuncu prezidentin vəfatı ilə əlaqədar İtaliyanın bir çox siyasi xadimləri, o cümlədən Baş nazir Matteo Rentsi bağsağlığı veriblər(azərtac).