XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 March 2015 - 06:46

Rusiya HHQ aviasiyası ehtiyat aerodromlara köçürülür

Dmitri Peskov: “Bu, beynəlxalq vəziyyətlə bağlı deyil”

Картинки по запросу российский ввс в учении

Rusiya Şimal donanmasının qəfil yoxlanışı və Qərb hərbi dairəsinin ayrı-ayrı birləşmələrindəki yoxlanışla bağlı HHQ aviasiyası ethtiyat aerodromlara köçməyə başlayıb.

Strateq.az Rusiya mətbutana isnadən bildirir ki, yaxın günlər ərzində 50 təyyarə və helikopter 400-4000 km məsafədə yerini dəyişəcək.

Qeyd edək ki, ölkənin Ali Baş Komandanı Putinin qərarı ilə martın 16-21-də Şimal donanmasında qəfil yoxlanış başlanıb və Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bu, beynəlxalq vəziyyətlə bağlı deyil.

ölkiənin müdafiə naziri Sergey Şoyqu isə deyib ki, Arktikada daim hərbi mövcudluq milli təhlükəsizliyin təminatı siyasətinin tərkib hissəsidir. O, Arktikadakı dövlət maraqlarının hərbi müdafiəsi imkanını yolverilən hesab edir.