XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 09:28

38 “Boko Haram” silahlısı məhv edilib –Nigerdə

niger

 Nigerin silahlı qüvvələri “Boko Haram” qruplaşmasının 38 silahlısını məhv ediblər.

 Bu barədə Niger müdafiə nazirliyinin məlumatında bildirilir.

Məlumata əsasən, ölkənin cənub-şərqindəki Diffa  əyalətində terrorçulara qarşı həyata keçirilən hərbi əməliyyat zamanı Niger ordusu itki verməyib, 2 hərbçi yaralanıb.

Əməliyyat nəticəsində terrorçulara məxsus külli miqdarda silah-sursat götürülüb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. Terrorçular mütəmadi olaraq Niger, Kamerun və Çad ərazilərinə hücum edir. Ötən il "Boko Haram" qruplaşması İŞİD-ə sədaqət andı içib. (APA)