XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 13:11

Bu gün Rusiyadasükut günüdür

Sentyabrın 17-si Rusiyada Dövlət Dumasına seçkilərlə bağlı sükut günüdür. Bu gün televiziyalarda, mətbu nəşrlərdə və internetdə bütün növ seçkiqabağı təşviqat, həmçinin partiya tədbirləri və mitinqlər qadağan olunur. Eyni zamanda, səsvermə günü də saat 21:00-dək (sonuncu seçki məntəqəsi bağlananadək) təşviqat aparmaq olmaz.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, sentyabrın 18-də VII çağırış Dövlət Dumasına seçkilər keçiriləcək. Həmçinin həmin gün 9 qubernator seçiləcək və təxminən 40 regionda bülletenlərdə yerli parlamentlərə deputatlığa namizədlərin familiyaları da yazılacaq.

Rusiya parlamentinin aşağı palatasına seçkilər iki sistem üzrə keçirilir. Belə ki, 225 deputat partiya sıyahıları üzrə, 225 deputat isə birmandatlı dairələr üzrə seçiləcək.