XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 14:55

Keçmiş “Formula-1” pilotu üçqat Paralimpiyaçempionu oldu

Vaxtılə “Formula-1” pilotu olmuş Alessandro Zanardi İtaliya yığmasının heyətində Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

Azərtac xəbər verir ki, 49 yaşlı keçmiş pilot velosiped yarışında birinci olub.

Əl ilə idarə olunan velosipedlə bütün rəqiblərini qabaqlayan Alessandro bununla da dördqat Paralimpiya çempionu adını qazana bilib. O, 2012-ci il London Yay Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medala sahib olub.

Qeyd edək ki, keçmiş pilot 2001-ci il sentyabrın 15-də yarış zamanı ağır qəza keçirib. Nəticədə italiyalı idmançı ayağını itirib.