XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

17 Sentyabr 2016 - 15:40

Donald Tramp:"Klintonun mühafizəçilərinin silahları alınsın"

trump

Respublikaçılar Partiyasından ABŞ prezidentliyə namizəd Donald Tramp bildirib ki, Hilari Klintonun mühafizəçiləri silahdan istifadə etməməlidir.

Mayamidəki çıxışında Tramp deyib ki, Klintonun mühafizəçilərinin silahları əllərindən alınmalıdır: «Çünki Klinton silahların əleyhinədir. Onda silahdan əl çəksinlər. Görək onda nələr olacaq».

Donald Trump silah sahibi olmaq haqqını müdafiə edənləri ona səs verməyə çağırıb.

Demokratların namizədi Hilari Klinton isə prezident seçilərsə, silah sahibi olmaqla bağlı qaydaların sərtləşdiriləcəyini bildirib.

ABŞ-da prezident seçkisi noyabrda keçiriləcək. (Azadlıq.org)