“Ədalət” Sosial-Demokrat Partiyası Siyasi Şurasının sentyabrın 17-də keçirilən iclasında Nəriman Umarovun Özbəkistan prezidentliyinə namizədliyi irəli sürülüb.
Bu gün keçirilən Özbəkistan Xalq-Demokratik Partiyası Mərkəzi Şurasının plenumunda isə bu qurumun sədri Xatamcon Ketmanovun ölkə prezidentliyinə namizədliyi təklif edilib.
N.Umarovun və X.Ketmanovun namizədlikləri öz partiyalarının qurultaylarında təsdiqləndikdən sonra bu partiyalar Özbəkistan Mərkəzi Seçki Komissiyasına müraciət edə biləcəklər.
Bir gün əvvəl isə “Milli Dirçəliş” Demokratik Partiyasının plenumunda ölkə Ali Məclisi sədrinin müavini Sarvar Atamuradov, Liberal-Demokrat Partiyası Siyasi Şurasının iclasında isə prezidentin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevin prezidentliyə namizədliyi irəli sürülüb(azərtac).
Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək.