XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 18:24

Çində “Meranti” tayfunu:ölənlərin sayı 28 nəfərə çatıb

Qərbi Çində “Meranti” tayfunu nəticəsində həlak olanların sayı 28 nəfərə çatıb, daha 15 nəfər isə itkin düşüb. Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Futszyan vilayətində 18 nəfər, Çjetszyan vilayətində isə 10 nəfər təbii fəlakətin qurbanı olub. Həmçinin Futszyan vilayətinə dəyən iqtisadi ziyan 16,9 milyard yuan (2,6 milyard dollar) təşkil edir.

Episentrində küləyin sürətinin saniyədə 48 metrə çatdığı bildirilən “Meranti” tayfunu regionda 1949-cu ildən bəri qeydə alınan ən güclü qasırğa hesab olunur.