XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 September 2016 - 18:28

“Nokia” və “MTC” 5G texnologiyasını sınaqdan keçirdi- İlk dəfə

“Nokia” və “MTC” şirkətləri 5G texnologiyası sahəsində sürət testi həyata keçiriblər. Test nəticəsində mobil cihazlar vasitəsilə 4,5 geqabayt/saniyə sürətlə informasiya daşınıb. Bu sürətlə 1GB fayl iki saniyəyə və daha tez müddətə daşına bilir. Bu isə Full-HD filmin 14 saniyədə endirilməsinə şərait yaradacaq.

Test zamanı siqnal ötürülməsinin lisenziya tezlikləri 4,65-4,85 GHs-də radikal eni 10 MHs təşkil edib. Qeydiyyata düşən nəticələr müxtəlif şəbəkə dalğalarının 5G çərçivəsində istifadəsinə şərait yaradacaq.

“MTC” şirkətinin ekspertləri yeni texniki həll əlaqənin yaxşılaşdırılmasına və müxtəlif sahələrdə istifadəyə imkan verəcəyinə əminliklərini bildiriblər. 5G-nin istifadəsinə isə 2018-ci ildə başlanması nəzərdə tutulub.