Rusiya Elmlər Akademiyasının Neft- Qaz Geologiyası və Geofizika İnstitutu Sibir bölməsinin əməkdaşları Arktikada neftin harada olduğunu müəyyənləşdirmək üçün elektromaqnit üsulunu icad ediblər.
Azərtac svopi.ru saytına istinadla xəbər verir ki, alimlərin fikrincə, buzlaqlara şaquli istiqamətdə cərəyan buraxmaqla neftin dəqiq yerini öyrənəcəklər.
Mütəxəssislər qeyd edirlər ki, standart tədqiqat metodları Arktikada kəskin hava şəraitində işləməyə imkan vermir. Belə ki, quru ərazilərin olmaması və qalın buzlaqlar ekspertləri yeni texnologiyalar hazırlamağı sövq edir.