XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 September 2016 - 04:56

Rusiya BMT TŞ-nin iclasını çağırır –Vaşinqtondan izahat tələb etmək üçün

flag

Moskva Deyr-əz-Zorda Suriyanın hökumət qüvvələrinə aviazərbələrin endirilməsi ilə əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaq və Vaşinqtondan izahat tələb etmək niyyətindədir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Rossiya-24" telekanalının efirində deyib.

"Biz Vaşinqtondan izahat tələb edirik: bu, İŞİD-ə dəstək üçün məqsədyönlü siyasətdir, yoxsa növbəti səhvdir? Rusiyanın BMT yanındakı daimi nümayəndəsinə bu məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasına dair tapşırıq verilib. Biz Vaşinqtondan tam və detallı izahat tələb edirik və izahat BMT TŞ-də verilməlidir", – deyə o əlavə edib. (Report)