“Hərbi yardım etmək istəmirsinizsə, onda bizə maliyyə dəstəyi verin”
Ukraynanın artıq indiyədək edilmiş yardımlardan əlavə daha çox maliyyə yardımına ehtiyacı var.
Strateq.az-ın Ukrayna KİV-ə əsasən bildirir ki, ölkənin maliyyə naziri Nataliya Yaresko deyib: “Aldığımız yardım zərfi bank-maliyyə sistemini sabitləşdirə bilər, lakin iqtisadiyyatı ayaqüstə qoymaq və yüksəlişi bərpa üçün yetərli deyil. Tərəfdaşlarımızdan kimsə hansısa səbəbə görə bizə hərbi yardım etmək istəmirsə, onda bizə maliyyə dəstəyi verin”.
Amerika mətbuatı yazır ki, Ukraynaya edilmiş 2 milyard dollarlıq yardımdan sonra heç kim əlavə yardım etməyə hazır olduğu barədə danışmaq istəmir.
Yaresko qeyd edib ki, hakim Ukrayna koalisiyası başlanmış iqtisadi islahatları sona çatdırmaq əzmindədir.