Azərbaycanda yşayan ruslar Rusiya Dövlət Dumasına keçirilən seçkilərdə işitrk edirlər.
Strateq.az RİA-ya istinadən bildirir ki, Azərbaycanda yaşayan və müvəqqəti olaraq ölkədə olan Rusiya vətəndaşları səs vermək üçün səfirilyin binasına gəlirlər. Bunun üçün səfirlikdə seçki məntəqəsi açılıb. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin səs verib. Səfir seçkinin keçirilməsinə və təhlükəsizliyin təmin olunmasında etdiyi köməyə görə Azərbaycan hakimiyyətinə təşkkür edib.
Qeyd edək ki, yeddinci çağırış Dumaya keçirilən seçkilər qarışıq sistemlidir. 225 deputat partiya siyahısı üzrə, 225 deputat isə majoritar qaydada seçiləcək. Rusiyda səsvermə hüququ olan 111,6 milyon vətəndaş var.
2011-ci ildə Dumaya keçirilən seçkilərlə bağlı Azərbaycanda təşkil olunmuş məntəqədə 1654 nəfər Rusiya vətəndaşı səs vermişdi.