XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

18 Sentyabr 2016 - 14:26

15 avtomobil və kitabxana naməlum şəxslər tərəfindən yandırılıb –İsveçdə

isvec

 Ötən gecə İsveçin cənubundakı Malmö şəhərində 15 avtomobil yandırılıb.

Bu barədə "Sydswenskan" qəzetinin elektron versiyası xəbər yayıb.

Məlumata görə, yanğın Seved və Rusenqord rayonlarında baş verib. Hadisə zamanı həmçinin əlillər üçün nəzərdə tutulmuş xüsusi nəqliyyat vasitəsi də yandırılıb.

Xilasedicilər qaz balonunun olduğu avtomobilin yanması səbəbindən yaranmış partlayış təhlükəsi ilə əlaqədar yaxınlıqdakı yaşayış binasının sakinlərini ərazidən təxliyə etməli olublar.

Cinayətkarlar həmçinin Limxamn rayonunda inşa edilməkdə olan kitabxana binasını da yandırıblar.

Hadisə zamanı xəsarət alan olmayıb.

"Biz hadisənin təsadüfən baş verdiyini düşünmürük" – deyə yerli polisin nümayəndəsi Mari Keysmar bildirib.

Qeyd edək ki, yay mövsümünün əvvəlindən Malmödə 110-dan çox avtomobil yandırılıb.

Hələlik hadisəni törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. (Report)