XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 05:31

Çində partlayış:6 ölü, 8 yaralı

cin

Çində sement zavodunda baş verən partlayış nəticəsində 6 fəhlə ölüb, 8-i xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Tsinhay əyalətində “Qinghai Salt Lake Haina Chemical Company” şirkətinə məxsus müəssisədə qeydə alınıb.

İlkin versiyaya əsasən, zavodda toz yığan qurğu partlayıb. Partlayış zamanı qurğunun yaxınlığında 26 fəhlənin olduğu bildirilir.

Hadisənin başvermə səbəbi məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.