XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 06:13

Kerri ABŞ-ın səhvindən danışdı:“Suriyada ABŞ-Rusiya koordinasiya mərkəzi yaradılmalıdır"

kerri

"Hazırkı durum Suriyada ABŞ-Rusiya koordinasiya mərkəzinin yaradılmasını tələb edir".

Bunu ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib.

Onun sözlərinə görə, adıçəkilən mərkəzin yaradılması o cümlədən hava zərbələrinin endirilərkən səhvləri aradan qaldırmağa imkan verəcək.

“Sentyabrın 18-də baş verən hadisə ilə bağlı səhvimizi etiraf edirik. Lakin qeyd etməliyəm ki, silahlı münaqişələr zamanı belə hallara rast gəlinir”, – deyə C.Kerri bildirib.

Qeyd edək ki, sentyabrın 18-də ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası Deyr-ez-Zor aerodromunda İŞİD terrorçularının mühasirəsində olan Suriya hərbi birliklərinin mövqelərinə 4 aviazərbə endirib. Nəticədə 62 hərbçi ölüb, 100 hərbçi yaralanıb. (APA)