XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 08:07

Qahirə məhkəməsi “Müsəlman qardaşlar”ın liderinə ölüm cəzası kəsdi

İslamçıların təşkil etdikləri mitinqlər çoxsaylı insan tələfatına səbəb olub

Картинки по запросу беспорядки в каире

Qahirənin cinayət məhkəməsi Misirdə yasaqlanmış islamçı “Müsəlaman qardaşlar” birliyinin 13 lideri və mənəvi rəhbəri Muhəmməd Badianı ölüm cəzasına məhkum edib.

Strateq.az xarici KİV-ə əsasən bildirir ki, onlar 2013-cü ildə Qahirədə islamçılar və onların təmsilçisi Muhəmməd Mursi hakimiyyətdən uzaqlaşdırılandan sonra təşkil etdikləri mitinqlər dağıdılarkən əməliyyat qərargahı yaratmaqda günahkar biliniblər. ölkə qanunvericiliyinə görə ölüm hökmü ali müftinin sərəncamına göndərilib və yekun qərar aprelin 11-də qəbul ediləcək.

Qeyd edək ki, islamçıların o zaman təşkil etdikləri mitinqlər çoxsaylı insan tələfatına səbəb olub.

İttihamda yazıldığı kimi, qərargahda dağıdığcı fəaliyyətlə məşğul olan liderlər ölkədə xaos təşkil edərək “dövlətlə qarşıdurma” təşkil ediblər. Məhz onalrın başçılığı ilə polis bölmələri, dövlət müəssisələri, şəxsi mülkiyyət, kilsələr və hərbi obyektlərə çoxlu hücum baş verib.

Misir məhkəmələri qısa müddətdə Mursinin çoxlu tərəfdarlarını ölüm cəzasına məhkum edib. Onların bəziləri artıq edam olunub.