XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 September 2016 - 17:01

«Freedom House»:«Krımdakı seçki Rusiyanın yarımadadakı hakimiyyətini qanuniləşdirə bilməz»

Beynəlxalq insan haqları müdafiə təşkilatı «Freedom House» Rusiyanın Krımda Dövlət Dumasına keçirdiyi seçkilərin legitim olmadığını və nəticələri tanımadığını bəyan edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Robert German seçkilərin azad və ədalətli keçmədiyini bildirib: «Krım ərazisində səsvermə Rusiyanın yarımadadakı hakimiyyətini qanuniləşdirə bilməz».

Rusiya Mərkəzi Seçki Komissiyası seçkilərdə Krım əhalisinin 43 faizinin iştirak etdiyini iddia edir. Seçkidən bir gün əvvəl Vaşinqton Krımdakı səsvermənin nəticələrini tanımayacağını bildirmişdi.

Qeyd edək ki, müşahidəçilər Krımda keçirilən seçkidə kütləvi pozuntular aşkarlayıb və bununla bağlı sosial şəbəkələrdə videolar da yayılıb.