XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 September 2016 - 06:13

2,5 Milyon Suriya qaçqın qəbul edilib –Səudiyyə Ərəbistanında!

riyad

Suriyada münaqişə başlayandan bu yana 2,5 milyon yerli vətəndaş Səudiyyə Ərəbistanına qaçıb.

Bu barədə BMT-də keçirilən kütləvi miqrasiya problemləri üzrə forumda vəliəhd şahzadə Məhəmməd ibn Naif Əs-Səud məlumat verib.

"Səudiyyə Ərəbistanı böhran başlayandan 2,5 milyon suriyalını qəbul edib, onlara rahat işləmək və yaşamaq imkanı verib", – deyə Səudiyyə monarxının vəliəhdi bildirib.

"Ər-Riyad 141 min suriyalı məktəbliyə pulsuz oxumaq imkanı yaradıb və qonşu ölkələrdə milyonlarla suriyalıya yardım göstərib", – deyə o əlavə edib. (Report)