XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 06:23

BMT Baş Assambleyasında ümumi siyasi diskussiyalar başlayır

bmt

 BMT Baş Assambleyasının 71-ci sessiyasında dövlət, hökumət və xarici siyasət idarələri başçılarının iştirakı ilə ümumi siyasi diskussiya başlayır.

Bu il Baş Assambleyanın sessiyasında iştirak etmək üçün Nyu-Yorka 130 dövlət və hökumət başçısı, 50 XİN rəhbəri səfər edib. Diskussiyalar çərçivəsində 1000-dək görüşün keçiriləcəyi nəzərdə tutulub.

BMT Baş Assambleyasının 71-ci sessiyasında əsasən qaçqın və miqrantların problemi, eləcə də  Suriya böhranı diqqət mərkəzində olacaq. 

Xatırladaq ki, Azərbaycanı tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir. Səfər çərçivəsində xarici işlər naziri BMT Baş Məclisinin 71-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Üzv Dövlətlərinin Xarici İşlər Nazirlərinin İllik Əlaqələndirmə görüşü, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə dövlətlərinin 8-ci Nazirlər toplantısı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, Türk Şurası Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası, BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər görüşü və digər toplantılarda iştirakı və çoxsaylı ikitərəfli görüşləri nəzərdə tutulub. (APA)