XƏBƏR LENTİ

26 May 2020
25 May 2020

Digər Xəbərlər

20 Sentyabr 2016 - 10:38

“Biz yenə İraq və Suriya dövlətini görəcəyikmi, yoxsa…” –İsrail XİN-dən Yaxın Şərqdəki dəyişikliklərlə bağlı anons

el-bab

"Fələstin məsələsinin həlli bizim üçün çox vacibdir".

Bu sözləri İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Emanuel Naxşon deyib.

Onun sözlərinə görə, baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasının iclasında iştirak etməsi üçün Nyu-Yorka səfərinə hazırlıq gedir:

“Baş nazir orada çıxış edəcək. Həmçinin orada Fələstin lideri Mahmud Abbasın da çıxışı gözlənilir. Baş nazir Netanyahu ABŞ prezidenti Barak Obama ilə görüşəcək. Bu, yəqin onun Barak Obama ilə prezident kimi son görüşü olacaq.

Biz Obama ilə Fələstin məsələsində irəliləyiş əldə etmək mövzusunu müzakirə etməyi düşünürük. Bu bizim üçün son dərəcə vacibdir.  Bir tərəfdən terror və zorakılıqla mübarizə aparmaq istəyirik, digər tərəfdən fələstinlilərə sülh əlimiz uzadırıq. Biz danışıqların yenilənməsində çox maraqlıyıq. Fələstinlə İsrail arasında danışıqlar çox vacibdir, çünki bu, sülh yolu ilə həllə nail olmağın yeganə yoludur. Biz fələstinliləri danışıqlar masasına qayıtmağa çağırırıq. Bu, Benyamin Netanyahunun Baş Assambleyadakı çıxışının da vacib bir hissəsi olacaq”.

Nazirlik sözçüsü Yaxın Şərqdə baş verən hadisələrə də toxunaraq regionda çox çətin və neqativ proseslərin baş verdiyini deyib:

“Regionda, o cümlədən İraq və Suriyada baş verənlər bizim üçün çox vacibdir. Baxmayaraq ki, heç nə edə bilmərik, Suriya münaqişəsində tərəf deyilik, bu münaqişədən çox ehtiyatla kənarda dayanırıq, lakin baş verənlər bizim üçün çox vacibdir, çünki proseslər çox yaxın qonşuluğumuzda gedir. Bunun İsrailə də təsiri ola bilər.

Hazırda bu ölkələr parçalanır. Heç kəs bilmir ki, bir az sonra nə olacaq. Biz yenə İraq və Suriya dövlətini görəcəyikmi, yoxsa onlar başqa şeyə  çevriləcək, bunu heç kəs bilmir. Biz Suriyada yaralanmış insanlara humanitar yardım edirik, xəstəxanalarımızı onların üzünə açmışıq. Bizim üçün fərqi yoxdur, sünnidir, yoxsa şiə, Bəşər Əsədin tərəfdarıdır, yoxsa ona qarşı döyüşür, insan yaralanıbsa, onu müalicə edirik”.

Emanuel Naxşon İranla da münasibətlərə toxunaraq, İranın nüvə proqramını hələ də davam etdirməsinin tək İsrail deyil, bütün region üçün təhlükə olduğunu bildirib. O, hazırda radikal islamizmin və İranın region üçün böyük təhdid olduğunu qeyd edib.

APA