"Rusiyanın Cənubi Osetiyadakı bazasında hərbi təlimə start verilib".
Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin yaydığı məlumatda təlimə 4 min hərbçinin cəlb edildiyi bildirilib. Təlimdə həmçinin 1000 hərbi texnikadan istifadə edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bunda öncə Rusiya Cənubi Osetiya da daxil olmaqla, bütün Cənub Hərbi Dairəsi ərazisində Qafqaz-2016 hərbi təlimi keçirib.
Xatırladaq ki, Cənubi Osetiya Gürcüstan ərazisidir. 2008-ci ilin avqustunda baş tutan Rusiya-Gürcüstan savaşından sonra Cənubi Osetiya Tiflisin nəzarətindən çıxıb və müstəqilliyini elan edib. Bundan dərhal sonra Moskva qondarma rejimin müstəqilliyini tanıyıb.
Axar.az