XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 05:14

Suriyada humanitar yardım karvanına hava zərbəsini kim endirib? –ABŞ rəsmisi açıqladı

suriya

"Suriyada humanitar yardım karvanına hava zərbəsini ya Suriyanın silahlı qüvvələri, ya da Rusiya ordusu endirə bilər. ABŞ istənilən halda hesab edir ki, hava zərbəsinə görə Rusiya məsuliyyət daşıyır".

Bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müavini Ben Rods keçirdiyi brifinqdə deyib.

"Bizim məlumatlarımız aydın şəkildə göstərir ki, bu, hava zərbəsi olub. Bu, o deməkdir ki, hadisəyə görə iki subyekt məsuliyyət daşıyır – ya Suriya rejimi, ya da Rusiya hökuməti. Biz istənilən halda hesab edirik ki, hava zərbəsinə görə Rusiya hökuməti məsuliyyət daşıyır" – deyə o iddia edib.

Qeyd edək ki, Hələbdə humanitar karvana endirilmiş hava zərbəsinə görə ittiham edilən Rusiya rəsmiləri ittihamları rədd ediblər. Ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl ittihamları əsassız adlandırıb. Rusiyanın Müdafiə Nazirliyi də bəyan edib ki, Rusiya və Suriya aviasiyası humanitar karvana zərbə endirməyib.  (Report)