XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 05:19

Obama İsraili işğalçılıqda ittiham edib:" İsrail işğaldan imtina etməlidir"

obama

"Fələstinlilər İsraili tanımalı, İsrail isə işğaldan imtina etməlidir".

Bunu ABŞ prezidenti Barak Obama BMT Baş Assambleyasının sessiyasında deyib.

"Əgər fələstinlilər İsrailin qanuniliyini tanıyarlarsa, İsrail də etiraf edərsə ki, Fələstin torpaqlarını daim işğal edə bilməz – onda həm israillilər, həm də fələstinlilər üçün yaxşı olar", – deyə Obama vurğulayıb.

Obama təəssüflə bildirib ki, son vaxtlar dünyanın daha təhlükəsiz olduğuna və çiçəklənməsinə baxmayaraq, dövlətlər tez-tez dağıdıcı qaçqın böhranına, terrorizmə və Yaxın Şərqdə nizam dəyişikliyinə qarşı durmalı olurlar. (Virtualaz.org)