XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 06:27

Liviyada şəhərə hava zərbəsi:8 mülki şəxs qətlə yetirilib

livya

Liviyanın Hun şəhərinə endirilmiş hava zərbəsi zamanı azı 8 mülki sakin həlak olub.

Bu barədə "Reuters" yerli xəstəxananın əməkdaşlarına istinadən xəbər yayıb.

Məlumata görə, ölənlər arasında qadınlar, uşaqlar da var. 

Hava zərbəsinin hansı hərbi qüvvənin təyyarəsi tərəfindən endirildiyi hələlik məlum deyil.

Ölkənin bu ərazisinə loyal şərq hökuməti nəzarət edir. (Report)