XƏBƏR LENTİ

08 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 11:22

Türk ordusunun yeni piyada birlikləri “Mehtər” marşıyla Suriyaya girməyə hazırlaşır –VİDEO

turkiye-ordusu-tank-suriya

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, "Fərat qalxanı" əməliyyatına dəstək üçün türk ordusunun mexanizə piyada birlikləri Suriyaya girməyə hazırlaşır.

Afrin və PYD terror təşkilatının nəzarətində olan Membic arasındakı Əl-Bab məntəqəsini İŞİD terrorçularından təmizləmək üçün türk komandanlığı yeni plan hazırlayır.

Plana əsasən "Fərat qalxanı" əməliyyatında iştirak edən türk birliklərinə dəstək üçün, İŞİD və kürd terrorçularından təmizlənmiş ərazilərdə mövqe qurmaq və möhkəmlənmək üçün Türkiyə ordusu bölgəyə yeni piyada qüvvələri cəlb edəcək.

Xatırladırıq ki, Əl-Bab şəhəri İŞİD-in paytaxtı Rakka yolu üzərində çox strateji mövqedə yerləşir. Əl-Babla Rakka arasında isə cəmi 90 kilometrlik məsafə var.

Hərbi mənbələrdən sızan məlumatlara görə, türk ordusu artıq Rakkanı İŞİD terrorçularından təmizləmək planı üzərində işləyir.

Ölkə.az