XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 13:35

İranda Müqəddəs Müdafiə Həftəsi başladı- Hərbi paradla

Müqəddəs Müdafiə Həftəsinin ilk günündə Tehranda və İranın bütün şəhərlərində silahlı qüvvələrin parad yürüşü keçirilib.

Silahlı qüvvələrin Tehrandakı parad yürüşü ordunun yüksək səviyyəli rəsmiləri, o cümlədən baş qərargah rəisi, ordunun baş komandanı, İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) baş komandan əvəzinin iştirakı ilə keçirilib.

İran İslam Respublikası Prezidentinin BMT-nin Baş Assambleyasında iştirak üçün Nyu-Yorka səfər etməsinə görə onun yerinə Silahlı Qüvvələrin parad yürüşündə Baş Qərargah rəisi Məhəmməd Hüseyn Baqeri çıxış edib.

Silahlı qüvvələrin parad yürüşündə İranın son hərbi və müdafiə təchizatları da nümayiş etdirilib.

Xatırladaq ki, sentyabrın 21-i İraqın Bəəs rejiminin İran İslam Respublikasına hücumunun başlandığı gün və Müqəddəs Müdafiə Həftəsinin ilk günüdür(azərtac).