XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 14:28

1 terabaytlıq SD yaddaş kartı- Dünyada ilk

Almaniyanın Köln şəhərində keçirilən “Photokina 2016” sərgisində “Western Digital” şirkəti tərəfindən dünyada 1 terabayt tutumunda ilk SD yaddaş kartı təqdim edilib.

Azərtac “dailycomm.ru” saytına istinadən xəbər verir ki, “Western Digital” şirkətinin nümayəndəsi bildirib ki, daşıyıcı böyük yaddaş tələb edən məzmun (“4K” materiallar, panorama videosu, virtual reallıq və sairə) üçün gərəklidir.

"Bir neçə il əvvəl 1 terabaytlıq SD kart ideyası qəribə səslənirdi. İndi bu, reallığa çevrildi. Biz virtual reallıq kimi texnologiyalara tələbatın artması ilə yüksək keyfiyyətdə fasiləsiz videoçəkiliş üçün terabaytlıq daşıyıcılardan istifadə edə biləcəyik", deyə “Stargate Studios” şirkətinin direktoru və Amerika Kinematoqrafçılar Cəmiyyətinin üzvü Sem Nikolson bildirib.

Terabaytlıq yaddaş kartının satışa çıxarılma tarixi və qiyməti haqda məlumat yoxdur.