İsrailin Türkiyənin paytaxtı Ankaradakı səfirliyinə silahlı hücum olub.
Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, əlində bıçaq olan şəxs səfirliyin binasına girməyə çalışıb. Həmin şəxs təhlükəsizlik qüvvələri tərəfindən ayağından vurularaq dayandırılıb.
Diplomatik korpusun əməkdaşları təxliyə olunub. Polis hadisə ilə bağlı araşdırmanı davam etdirir.