XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

17 Mart 2015 - 09:41

Duma Nemtsovun xatirəsini yad etməkdən yayındı

Qudkov: “Yalnız Valeri Zubovla mən ayağa qalxdıq”

Картинки по запросу заседание госдумы

Dövlət Duması Kremlin yaxınlığında öldürülmüş müxalif siyasətçi Boris Nemtsovun xatirəsini bir dəqiqəlik sükutla yad etməkdən imtina edib.

Strateq.az Rusiya KİV-ə istinadən bildirir ki, Dövlət Dumasının deputatı Dmitri Qudkov iclasa üz tutaraq, Nemtsovun xatirəsini yad etmək təklifi irəli sürüb: “Nemtsov burada – Dumada çoxlarının yaxşı tanıdığı insan idi. Onun baxışlarına əksəriyyətin şərik çıxmadığına baxmayaraq, xatirəsini yad etmək insanlıq baxımından düzgün olardı”.

O xatırladıb ki, siyasətçi fevralın sonunda öldürülüb, lakin deputalar iki həftəlik fasilədən sonra yalnız bu gün plenar iclasa toplaşıblar. Lakin Dumanın spikeri Narışkin bu təklifi deputatların səsverməsinə qoymayıb: “çünki faciə günü şəxsən öz adımdan və Dövlət Dumasının bütün deputatları adından onun doğmalarına, yaxınlarına teleqram göndərib başsağlığı vermişəm”.

Qudkov sonra öz tvitterində yazıb: “Yalnız Valeri Zubovla mən ayağa qalxdıq. Başqa heç kim”.