Rusiya özünün təyyarədaşıyan “Admiral Kuznetsov” gəmisini Aralıq dənizinə göndərəcək.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.
Onun sözlərinə görə, hazırda Rusiyanın Aralıq dənizində altı hərbi gəmisi var.
Qeyd edək ki, Rusiya keçən ilin oktyabrında Suriyaya ordu yeridib. Moskva Suriyaya rəsmi Dəməşqin izni ilə girdiyini bildirib. (Axar.az)