XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 September 2016 - 18:39

ABŞ ordusunun baş qərargah rəisi:“Rusiya 20 il ərzində heç vaxt olmadığı regionlara gəlib”

general-abs

“Rusiya özünün hərbi qüdrətini artırır. Moskva 20 il ərzində heç kimin onu görmədiyi ərazilərdə fəaliyyət göstərir”.

Strateq.az bildirir ki, bu sözləri ABŞ-ın  ordusunun qərargah rəisləri Komitəsinin rəisi, general Cozef Danford deyib: “Özünün ciddi demoqrafik və iqtisadi çətinliklərinə baxmayaraq Rusiya hərbi sənayeyə ciddi investisiyalar qoyur. İndi onlar dünyanın müxtəlif rayonlarında fəaliyyət göstərirlər. O rayonlarda ki, biz Rusiyanı 20 il ərzində heç vaxt o yerlərdə görməmişik”.

Generalın sözlərinə görə, Rusiya son illərdə öz mövcud sistemini ciddi modernləşdirir. Bu adi və nüvə silahlarına aiddir.

“Mənim üçün aydındır ki, Rusiyanın bu fəaliyyəti ABŞ və NATO-nun imkanlarını pozmağa yönəlib”,- deyə general Vaşinqtonda keçirilən mətbuat konfransında deyib.