ABŞ Dövlət katibi Con Kerri Suriyada rejim qüvvələrinin hərbi təyyarələrinin uçuşlarına qadağa tətbiq edilməsinin vacibliyini bildirib.
Kerri Suriyada gəginliyin hökm sürdüyü ərazilərdə uçuşların məhdudlaşdırılmasını istəyib.
BMT-də keçirilən Suriya ilə bağlı iclasda Kerri Əsəd rejimi ilə Rusiyanın mülki əhaliyə qarşı hücumlarına da reaksiya verib:
"Sizinlə bəzi həqiqətləri paylaşmaq istəyirəm. Qarşıdurmaların dayandırılmasına baxmayaraq, ötən gün hava hücumu nəticəsində 4 humanitar yardım işçisi öldü. Həmin gecə ərazidə yalnız iki ölkə var idi: Rusiya və Suriya".
Axar.az