XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 13:18

Co Baydendən Kiyevə xəbərdarlıq:“İslahat olmasa Rusiyaya qarşı sanksiyaları götürəcəklər”

bayden

ABŞ-ın vitse-prezidenti Co Bayden Ukrayna prezidenti Pyotr  Poroşenkonu siyasi və iqtisadi islahatları fəal şəkildə davam etdirməyə çağırıb. Bayden  xəbərdarlıq edib ki, əks halda bir sıra Avropa Birliyi ölkələri Rusiyaya qarşı sanksiyaları qaldıra bilər.

O, beynəlxalq əlaqələr şurasının Nyu-Yorkda keçirilən iclasında çıxış edərkən qeyd edib ki, əgər Ukrayna bəhanə versə, hazırda sanksiyaları qaldırmağa hazır olan 5 belə ölkə var.

Baydenin sözlərinə görə, Ukrayna böhranından bu yana hər həftə Ukrayna rəhbərliyinə 3-4 dəfə telefon açır, həmçinin Almaniya, Fransa və İtaliyanı sanksiyaları saxlamağa çağırır.

Bayden bundan bir gün əvvəl BMT-nin Baş Assambleyasının sesiyası çərçivəsində Pyotr Poroşenko ilə görüşüb və ölkəsinin Ukraynaya 1 milyard dollarlıq kredit təminatı verməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi 2014-cü ildə Krımn ilhaqı və Ukraynanın şərqindəki münaqişəyə görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər.