"Hazırkı hakimiyyət mənim geri qayıtmağımdan qorxur".
Bunu Ukrayna mətbuatına açıqlamasında Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. O, rəsmi Tiflisin qorxduğu üçün ona cinayət işi açdığını bildirib:
“Artıq 4 ildir ki, mənə cinayət işi qaldırılıb. Prezident ofisinin bütün xərclərini onlar dövlət vəsaitlərinin xərci kimi dəyərləndiriblər. Üstəlik, xarici liderlər üçün hamam xidməti, hansısa banketlər, mənə rəsmi mərasimlər üçün alınan 4 kostyum və paltom da dövlət vəsaiti kimi dəyərləndirilib.
Mənim dönüşümdən qorxurlar. Onlar istənilən halda uduzacaqlar”.
Axar.az