Əfqanıstan İslam Partiyasının sədri Gülbəddin Hikmətyar Kabulda Əfqanıstan dövləti ilə sülh razılaşması imzalayıb.
Strateq.az bildirir ki, sülh razılaşması İslam Partiyasının nümayəndələri, ali sülh şurasının üzvləri və Əfqanıstan prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Hənif Ətmərin iştirakı ilə keçirilən mərasimdə imzalanıb.
Bu razılaşmaya əsasən Əfqanıstan dövləti İslam partiyasının sədri Gülbəddin Hikmətyara və bu partiyanın digər tanınmış simalarında məhkəmə toxunulmazlığı hüququ verib.
Hikmətyarın başçılıq etdiyi islam partiyası da öz hərbi təşkilatını buraxacağı və sadəcə siyasi partiya kimi fəaliyyətini davam etdirəcəyi barədə üzərinə öhdəlik götürüb.
70 yaşlı Hikmətyarın partiyası Əfqanıstanın silahlı müxalifət cərgəsinə daxil idi və son 15 ildə müqavmətə rəhbərlik edib.
O, hələ 60-70-ci illərdə siyasətə qoşulub. SSRİ-yə qarşı silahlı mübarizənin rəhbərlərindən olan Hikmətyar 40 minlik mücahid ordusu ilə sovet qoşunlarına qarşı döyüşüb. Qısa müddət (1996) Əfqanıstanın baş naziir olmuş Hikmətyar taliblər tərəfindən məğlub edilib. İrana qaçan partiya sədri taliblər devrildikdən sonra Əfqanıstana qayıdıb. 2002-ci ildə talibana dəstək verib.
2003-cü ildə ABŞ tərəfindən beynəlxalq terrorçu kimi axtarışa verilib. Buna baxmayaraq Hikmətyarın bir çox yaxın tərəfdarları Kərazyi hökümətində mühüm vəzifələr tutublar.