XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2016 - 20:34

İran prezidenti BMT-də çıxış etdi:“Şiə və sünnilər qardaşcasına bir yerdə yaşayır və yaşayacaq da!”

ruhani-bmt

“Bu gün Yaxın Şərq və Şimali Afrikada kobudluq heyrət doğuran səviyyədə sürətlə yayılır və region ən vəhşi hərəkətlər və ən dağıdıcı siyasətə düçar olub”.

Strateq.az İRNA-ya istinadən bildirir ki, bu sözləri İran prezidenti Həsən Ruhani BMT-nin  Baş Assambleyasının illik sessiyasında bu günkü çıxışı zamanı deyib. Ruhani bildirib ki, son 15 ildə sərhədsiz ifratçı terrorizmin yayılması super güclərin təhlükəsizlik strategiyasının nəticəsidir.

O, çıxışında qeyd edib ki, bu terrorçu qruplar təkfirçi təlimatlarla məhəbbət dinini qorxu vasitəsinə çeviriblər: “Heç şübhəsiz ki, hazırkı təhlükəli prossesin dayanmasını, regionun inkişaf və sakitlik müstəvisinə düşməsini istəyiriksə, regionun bəzi ölkələri qonşuları bombardıman etməkdən, təkfirçi terrorçu qruplara dəstək verməkdən əl çəkməlidirlər”.

İran prezidenti BMT kürsüsündən Səudiyyə Krallığını tənqid edib: “Səudiyyə Ərəbistanı dövləti öz inkişafı və regionun təhlükəsizliyini istəyirsə, tərfiqəçi siyasətlərinə, nifrət doğuran ideologiyasına, qonşuların hüquqlarına təcavüzlərinə son qoymalı, zəvvarların canı və hörməti qarşısındakı məsuliyyətini qəbul etməli, region xalqları ilə əlaqələrini qarşılıqlı hörmət və məsuliyyət qəbuletmə əsasında qurmalıdır”.

Ruhani regionda aqressivliyin kökünün kəsilməsinin, demokratiya, insan haqlarına riayət və iqtisadi inkişaf olmadan mümkünsüz olduğunu bildirib:  “İran hər hansı firqəçilik və məzhəb ixtilaflarını şişirtməyin əleyhinədir və belə inanır ki, şiə və sünnisi ilə bərabər müsəlmanlar əsrlər boyu biri-birinin kənarında hörmətlə və vəhdət içində qardaşcasına yaşayır və yaşayacaq da.

İranın prezidenti İran ilə 5+1 qrupu arasındakı müzakirə təcrübəsi və nüvə anlaşmasının əldə olunmasını, mötədil siyasətin və müzakirəyə üstünlüyün uğurlu nümunəsi adlandırıb: “Amerika Birləşmiş Ştatları Əhatəli Müştərək Təşəbbüs Proqramının artıq qəbul edilmiş çox cəhətli bir sənəd olduğunu yaxşı başa düşür. Bu sənədin icrasında hər hansı öhdəsizlik dünya səviyyəsində ABŞ-ın imicinin daha da korlanmasına gətirib çıxaracaq”.