XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

23 Sentyabr 2016 - 07:30

Fələstin prezidenti:"Bu gün İsraildə çətin ki, ədalətsizliyə son qoya bilən liderlər tapılsın"

abbas

 Fələstin prezidenti Mahmud Abbas 2017-ci ilin "İsrail işğalının sonu beynəlxalq ili" elan olunmasını təklif edib.

O, bunu BMT Baş Assambleyasının ümumsiyasi müzakirələrində çıxışı zamanı bildirib.

Prezident Fələstin xalqına qarşı ədalətsizliyə son qoymağa və ona sülh və stabilliyin möhkəmləndirilməsi üçün şərait yaratmağa çağırıb.

"Bu gün İsraildə çətin ki, həqiqi sülhə nail olmağa can atan, öz hegemonluq, ekspansionizm və müstəmləkəçilik iddialarından imtina etməyə hazır olan, "Fələstin xalqının hüquqlarını tanıyan və fələstinlilərə qarşı tarixi ədalətsizliyə son qoya bilən liderlər tapılsın", – deyə o bildirib.

Mahmud Abbas Fələstin ərazilərində İsrail məskənlərinin genişləndirilməsinə qadağa qoymağa çağırıb. Onun sözlərinə görə, Fələstin Təhlükəsizlik Şurasında belə qəsəbələrin salınmasını qadağan edən qətnamənin qəbuluna nail olmağa çalışacaq.

O, həmçinin Fələstin nümayəndə heyətinə gündəliyə qətnamə layihələri daxil etmək və onların həmmüəllifi kimi çıxış etmək imkanı verən sənəd qəbul etməyə çağırıb. (APA)